"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Qambiya ilə oyunlar üçün yığmaya çağırılıb.
Qambiyanın heyətində isə "Keşlə"nin yarımmüdafiəçi Ebrima Sohna komandaya dəvət alan futbolçular sırasındadı.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə oktyabrın 16-də keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşdürür.
Fanat.Az