Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Qəbələ” ilə "Səbail” yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, komandalar arasında qrşılaşma "Bakı”nın təlim-məşq bazasında baş tutub. Matçın taleyini 1 qol həll edib. "Qəbələ” ikinci hissədə Ceyms Adeniyinin vurduğu qol sayəsində meydandan qələbə ilə ayrılıb.
Qeyd edək ki, "Qəbələ” Topaz Premyer Liqasının VIII turu çərçivəsində doğma meydanda "Neftçi”ylə, "Səbail” isə səfərdə "Qarabağ”la qarşılaşacaq.
Fanat.Az