Bu gün Azərbaycanın tanınmış idman saytlarından Futbolinfo.az üçün əlamətdar gündür.
2013-cü il oktyabrın 14-də yaranan sayt bu gün 5 illik yubileyini qeyd edir.
5 il öncə eksklüziv xəbərlər, maraqlı müsahibələr, analitik yazılarla oxucuların görüşünə gələn sayt qısa zamanda öz oxucu kütləsini formalaşdırıb, futbolsevərləri informasiya ilə təmin edən əsas mətbu qurumlarındam birinə çevrilib.
Fanat.Az Futbolinfo.az-ın kollektivini təbrik edir, onlara böyük yaradıcılıq uğurları arzulayır.