"Qəbələ”nin futbolçusu Sabyen Lilay Albaniya millisinin heyətində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, alban futbolçu UEFA Millətlər Liqasının IV turunda İsraillə səfər matçında iştirak edib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan 29 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, İsrail - Albaniya görüşü birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az