UEFA Millətlər Liqasında iki oyunda xal qazana bilməyən Slovakiya millisinin baş məşqçisi Yan Kozak postundan istefa verib.
Fanat.Az xəbər verir ki, Slovakiya Futbol İttifaqı 64 yaşlı mütəxəssisin ərizəsini qəbul edib.
Slovakiya millisini oktyabrın 16-da İsveçlə nəzərdə tutulan yoldaşlıq görüşünə köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Noyabrın 16-da Ukrayna ilə keçirəcəyi Millətlər Liqası qarşılaşmasınadək isə komandaya yeni baş məşqçi rəhbərlik edəcək.
Qeyd edək ki, son matçında Slovakiya Çexiyaya uduzub - 1:2.
Xatırladaq ki, Yan Kozak Slovakiya yığmasına 2013-cü ilin yayından rəhbərlik edib. Onun millidə ən böyük nailiyyəti 2016-cı il Avropa çempionatının 1/8 finalına vəsiqə olub.
Fanat.Az