UEFA Millətlər Liqasının IV turunun oyunlarından sonra yeni statistik göstəriciləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Riçard Almeyda dəqiq ötürmə sayında liderliyə yüksəlib. O, Malta ilə qarşılaşmada (1:1) 83 dəqiq ötürmə verib. 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 4 oyundA 298 ötürmə dəqiq ötürmə edə bilib ki, bununla da birinci pilləni tutur.
Millimizin digər üzvü Qara Qarayev dəqiq ötürmələrə görə turnirin ikincisidi - 276 ötürmə. 26 yaşlı yarımmüdafiəçi Malta ilə matçda 75 dəqiq ötürmə edib.
İlk "üçlüy"ü millimizin rəqibi olan Kosovonın üzvü Herolind Şala qapayır - 253 ötürmə.
Fanat.Az