UEFA Millətlər Liqasının IV turundan sonra yekun statistik göstəriciləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Riçard Almeyda dəqiq ötürmə verən futbolçuların siyahısında ikinci pilləyə düşüb. Siyanın birinci pilləsində İspaniya millisinin və "Real"ın üzvü Serxio Ramos qərarlaşıb - 306 dəqiq ötürmə. Almeydanın 298 ötürməsi dəqiq olub. İlk "3-lüy"ü 283 ötürmə ilə moldovalı Aleksandr Yepuryanu qapayır. Azərbaycan yığmasının digər üzvü Qara Qarayev bu göstəricidə 276 ötürmə ilə 4-cü yerdədi.
Fanat.Az