"Vorskla"nın Avropa Liqasının III turu çərçivəsində "Qarabağ"la keçirəcəyi oyun üçün Bakıya səfər proqramı açıqlanıb.
Fanat.Az xəbə verir ki, Ukrayna klubu ölkəmizə oyundan bir gün əvvəl - oktyabrın 24-də gələcək. Komanda "Winter Park Hotel"də məskunlaşacaq.
Poltava təmsilçisinin baş məşqçisi Vasili Saçko həmin gün saat 17.30-da Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirəcək. Saat 18.00-da isə rəqibin məşqi başlayacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Vorskla" görüşü oktyabrın 25-də BOS-da keçiriləcək və saat 20.55-də başlayacaq.
Fanat.Az