"Yenidən öz ölkəmdə oynamaq istəyirəm. Ancaq böyük klublardan təklif olsa, bunu reallaşdırardım. Braziliyada mənim oyun üslübumda oynayan komanda "Santos"du. Orada hər zaman istedadlı oyunçular olub".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin futbolçusu Dario Frederiko deyib.
Braziliyanın heç bir klubundan təklif almadığını deyən Dario bəyəndiyi futbolçuların adlarını da açıqlayıb: "Bir çoxlarının oyunlarını bəyənirəm. Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardı".
Torcedores.com saytına müsahibə verən braziliyalı yarımmüdafiəçi Azərbaycan karyerası barədə danışıb: "Mənim ən əlamətdar transferim "Kəpəz"ə keçmək olub. Portuqaliyanın "Trofense" klubunda çıxış edərkən pis vəziyyətdə idim. Azərbaycana gələndə mənim üçün fərqli olacağını bilirdim. Bu gün də "Kəpəz" azarkeşlərinin diqqətini hiss edirəm".
Fanat.Az