"Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan imkanları qaçırdıq. Acınacaqlıdı ki, rəqib bizi əks-hücumlarda yaxalamağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarmadıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının VIII turunda "Qəbələ”yə səfərdə 1:3 hesabı ilə məğlub olan "Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis Dario və Dabonun yaxşı oynamaması ilə bağlı suala cavabında deyib: "Birinci hissədə normal oynadılar. Sadəcə, təkcə Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdı".
İtaliyalı mütəxəssis Premyer Liqadakı fasilə zamanı yoxlama oyunu keçirməmələrinin səbəbini açıqlayıb: "Kifayət qədər oyunçumuz milli komandaya dəvət almışdılar. Bu üzdən də yalnız mix-matç keçirdik".
Fanat.Az