“Neftçi”nin hücumçusu Nikolas Kanales komanda ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, mövsüm başa çatan kimi müqaviləsinin müddəti də bitən çilili futbolçu hazırda vətənində istirahətdədi.
Paytaxt klubu bombardir hücumçusuna yeni müqavilə təklib edib. Yeni müqaviləyə görə onun qazancı təxminən yarım milyon dollar təşkil edəcək.
Lakin Kanales “ağ-qaralar”ın bu təklifini hələlik müsbət cavablandırmağa tələsmir. Çünki o, daha güclü çempionatlarda çıxış edən klublardan da dəvət alıb. Çilili forvardın yalnız daha yaxşı maliyyə şərtləri olacağı halda “Neftçi”yə dönüşü gözlənilir.
İdman24.az