Slovakiya millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Federasiya yığma komandanı Pavel Qapala tapşırıb. Çex mütəxəssis bu postda bir neçə gün öncə istefaya göndərilən Yan Kozakı əvəzləyib.
Qeyd edək ki, 49 yaşlı Pavel Qapal indiyədək Çexiyanın "Opava", "Fastav", "Banik", "Mlada", Slovakiyanın "Nitra", "Jilina", "Senitsa" və Polşanın "Zaqlebi" klublarını çalışdırıb. O, 2015-2018-ci ilərdə Slovakiya U-21-inə başçılıq edirdi.
Fanat.Az