AFFA-nın baş katibi Elxan Məmmədov yığmanın baş məşqçisi məsələsi ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, federasiya rəsmisi bununla bağlı İcraiyyə Komitəsinin iclasında qərar veriləcəyini deyib.
"Bu təsnifat mərhələsində 9 xal yığıb qrupda dördüncü olduq. Əlbəttə, növbəti mərhələyə keçmək üçün bu, azdı. İcraiyyə Komitəsi sonra qərara alacaq", deyə Məmmədov bildirib.
Baş katib Şenol Günəşin millimizə gətirilə biləcəyi ilə bağlı xəbərlərə bağlı da danışıb: "Şenol Güneş haqda sizdən eşidirəm. Bizim Türkiyədən ümumiyyətlə namizədimiz yoxdu. Düzü, yığmanın baş məşqçisi haqda hələ düşünməmişik. Hələ vaxt var".
Fanat.az