UEFA Gənclər Liqasında növbəti oyunlar keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qəbələ” Moldovada "Şerif”in qonağı olub.
Çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar”ın U-19 komandası I mərhələnin ilk oyununda 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Bu dəfə isə təmsilçimiz qələbə qazanaraq mərhələ adlayıb - 3:1.
Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə "Herta” (Almaniya) - "Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ (cavab oyunu)
24 oktyabr
Şerif (Moldova) - Qəbələ (Azərbaycan) 1:3
Qollar: Vsevolod Nixayev, 53-pen - Samir Qurbanov, 43; 62. Vadim Dijnari, 63 (avtoqol).
Şerif: 1. Vladislav Lixarev, 8. Yeqor Qliqa (18. Yevgeni Pleşko, 67), 9. Andrey Konoxov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandru Osipov, 26. Vsevolod Nixayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijnari, 99. Yevgeni Berko.
Ehtiyat oyunçular: 12. Mixail Çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov.
Baş məşqçi: Luka Pavloviç.
Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k) (18. Samir Məhərrəmli, 87), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə (9. Əli Mürsəlov, 83), 11. Samir Qurbanov (16. Nicat Oruclu, 90+2), 15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov.
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov.
Baş məqşçi: Emin İmaməliyev.
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (Kipr), İon Orlik (Moldova).
Tiraspol. "Şerif” stadionunun kiçik arenası.
Fanat.Az