"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq” əsas oyunçularından sayılan Markos Akunyanı komandada saxlayıb.
Fanat.Az Lissabon klubunun tvitter səhifəsinə istinadən xəbər verir ki, argentinalı müdafiəçi yeni müqavilə imzalayıb.
27 yaşlı cinah oyunçusu cari mövsümün sonuna qədər olan müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. Argentina millisinin üzvünün sərbəst qalma məbləği 60 milyon avrodu.
Qeyd edək ki, Markos Akunya "Sportinq”ə ötən il ölkəsinin "Rasinq” klubundan keçib.
Fanat.Az