13:00 25.10.2018 1093

"Qarabağ" - "Vorskla" "Topaz"da: Həm təkli, həm də canlı

3 gündür davam edən avrokubok həyəcanına bu axşam Azərbaycan azarkeşi də qoşulacaq. Söhbət təbii ki, "Qarabağ"ın oyunundan gedir.

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan çempionu Ukraynanın "Vorksla" klubunu qəbul edəcək. Hər iki komanda ilk 2 turda nüfuzlu rəqiblərinə - "Arsenal" və "Sportinq"ə uduzublar. "Qarabağ" qrupda keçirdiyi iki oyunda qol vura bilməsə də ("Sportinq"lə 0:2, "Arsenal"la 0:3), "Vorskla" meydanı qolsuz tərk etməyib ("Arsenal"la 2:4, "Sportinq"lə 1:2).  İndiyədək Ukrayna klubları ilə iki dəfə üz-üzə gələn Ağdam təmsilçisi bu oyunlardan birini udub, birini uduzub.  Bu, "Dnepr"lə 4 il əvvəl Avroliqada baş tutan görüşlərdir. "Vorskla" isə indiyədək Azərbaycan klubları ilə qarşılaşmayıb. "Qarabağ"dan axşamkı matçda Donald Geryenin oynamayacağı dəqiqdir. "Vorskla"da əsas oyunçulardan Aleksandr Kobaxidze və Denis Vasin zədəlidir. Heyətdəki itkilərə baxmayaraq hər iki komandanın qrupda ilk xalı və ya qələbəni qazanmaq üçün bütün gücünü ortaya qoyacağı şübhə doğurmur. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Bütün Azərbaycanın böyuk maraqla gözlədiyi  bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"  da xüsusi yanaşır. Proqnoz həvəskarları bu matça həm "təkli", həm də canlı mərc edə bilər. "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Qarabağ"ın qələbəsi 1.65, heç-heçə 3.35, "Vorskla"nın qələbəsi 5.00.

"Qarabağ"-"Vorskla" matçından başqa "Topaz"da bu gün daha 20 qarşılaşmaya  "təkli oyun" statusu verilib. 32 matça isə canlı mərc etmək mümkündür. "Təkli oyunlar" arasında ən çox maraq doğuranlardan biri də  "Qarabağ"ın rəqibləri - "Sportinq"lə "Arsenal"ın görüşüdür. Hər iki komanda 2 oyundan 6 xal topladığından qalib tərəf qrupda vahid lider olacaq. Bu komandalar indiyədək avrokuboklarda 2 dəfə qarşılaşıb. Uzaq 1969-cu ildə baş tutan həmin duellərdə "Arsenal"üstün olub (3:0, 0:0). Hazırki "Arsenal" baxımlı oyunu ilə diqqət çəkir. Yeni baş məşqçi Unay Emerinin komandanı toparladığı göz qabağındadır. "Topçular" avqustun 18-dən bəri keçirdiyi bütünü 10 matçda qalib gəlib. Görək, bu seriya Lissabonda da davam edəcəkmi? "Topaz"ın bu görüş üçün təklif etdiyi əmsallar belədir: "Sportinq"in qələbəsi 3.55, heç-heçə 3.35, "Arsenal"ın qələbəsi 1.95.

Fransada keçiriləcək "Marsel"-"Latsio" və  İtaliyada oynanılacaq "Milan"-"Betis" matçı da gecənin maraqlı görüşlərindəndir. "Marsel" ilk 2 turda cəmi 1 xal qazanıb, "Latsio"nun hesabında isə 3 xal var. Hər iki komandanın keçirdiyi oyunlar "üst" bitib. Bu statistika "Topaz"ın əmsallarında da nəzərə alınıb. Qarşılaşmanın "üst" bitəcəyinin əmsalı 1.55, "alt" isə 2-dir. "Marsel"in qələbəsinə mərclər 2.10, heç-heçəyə 3.30, "Latsio"nun qələbəsinə  2.75 əmsalla qəbul edilir. F qrupunun liderləri  - "Milan"la "Betis"in görüşündə italyanlar favorit göstərilir. "Milan" ardıcıl 3-cü qələbəni qazanmağa çalışacaqsa, hesabında 4 xal olan "Betis" qalib gəlməklə zirvəni ələ keçirəcək. "Topaz"ın təklif etdiyi əmsallar: "Milan"ın qələbəsi 1.75, heç-heçə 3.20, "Betis"in qələbəsi 3.85.

Türkiyə klublarından üçü bu axşam meydanda olacaq.  Bunlardan ikisində qardaş ölkə təmsilçilərinin rəqibləri belçikalılardır. "Fənərbaxça" "Anderlext"in qonağı olacaq. "Beşiktaş"  isə "Genk"i qəbul edəcək. Hər iki oyunda uduzan "Anderlext"dən fərqli olaraq "Fənər"in hesabında 1 qələbə var. 11 il əvvəl bu komandalar ÇL-də qarşılaşmış və "sarı-lacivərdlilər" hər iki matçı qazanmışdı: Səfərdə 2:0, evdə 1:0. Ev sahibi olduğu üçün "Anderlext" nisbətən favorit sayılsa da, bu matçdan istənilən nəticəni gözləməkolar. "Topaz"ın əmsalları: "Anderlex"in qələbəsi 2.10, heç-heçə 3.10, "Fənərbaxça"nın qələbəsi 2.90. İ qrupunda yer alan digər 2 komanda kimi "Beşiktaş"la "Genk" də 3 xal toplayıb. Bu tur liderləri müəyyənləşdirmək baxımından önəmli olduğundan qrupdakı hər iki oyunu "6 xallıq matç" kimi xarakterizə etmək olar. "Topaz"ın İstanbuldakı qarşılaşma üçün müəyyənləşdirdiyi əmsallar: "Beşiktaş"ın qələbəsi 2.00, heç-heçə 3.35,  "Genk"in qələbəsi 3.20.


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X