15:00 25.10.2018 1389

“Qarabağ”da dopinq yoxlama aparılmasının səbəbi açıqlandı - RƏSMİ

Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) UEFA Avropa Liqasının 3-cü turu çərçivəsində "Vorskla”ya qarşı keçiriləcək oyun ərəfəsində "Qarabağ” futbolçularını dopinq yoxlanışına cəlb etməsi narazılıqla qarşılanıb. AMADA-nın rəhbəri Şəfəq Hüseynli isə burada qeyri-adi heç nəyin olmadığını deyib.

Fanat.Az xəbər verir ki, o, sportLine.az saytına açıqlamasında yoxlamanın keçirilmə səbəblərini belə izah edib: "Hansısa klubda yoxlama aparılmasının bir çox səbəbi olur. Dopinq yoxlanışı AMADA-nın planına əsasən və ya hansısa sifariş, eləcə də, quruma daxil olan informasiya əsasında həyata keçirilə bilər. Bu, standard prosedurdur və artıq iki ildir ki, biz bunu tətbiq edirik. Artıq futbolçular və digər idmançılar da buna öyrəşiblər. AMADA idmançıları məşq və ya yarış vaxtı, yarışdan bir gün öncə, hətta onların evlərində də, bir sözlə, hər vaxt hər yerdə yoxlaya bilər. Bunu AMADA özü planlaşdırır. Buna heç kim müdaxilə etmir və edə də bilməz”.

"Qarabağ” klubunda keçirilən yoxlanış barədə də danışan Ş.Hüseynli "Heç bir problem yaranmadı və qısa vaxtda rahat bir şəraitdə dopinq yoxlaması keçirildi. Futbolçular heç bir narazılıq etmədilər. İnşallah, bu gün uğurlu oyun olar”, - deyə sözlərinə əlavə edib.

Yoxlanışın nəyə əsasən keçirildiyi barədə məlumat verə bilməyən AMADA rəhbəri "Avropada informasiya mübadiləsi ilə bağlı yeni standardlar qəbul olunub. Biz də həmin standardlara uyğun olaraq belə informasiyaları məxfi saxlayırıq”, - deyə bildirib.

Ş.Hüseynli belə yoxlanışların çox keçirildiyini və digər Azərbaycan klublarının da buna cəlb olunduğunu söyləyib: "Biz təkcə "Qarabağ”da yoxlama aparmamışıq. İndiyə qədər digər Azərbaycan klublarında da buna bənzər yoxlamalarımız olub. Başa düşə bilmirəm, niyə "Qarabağ”da aparılan yoxlama belə əks-sədaya səbəb olub”.

Nəticələrin nə vaxt çıxacağı ilə bağlı AMADA rəhbəri bunları deyib: "Bu proses, adətən, iki həftə çəkir. Nəticələr mənfi çıxsa, bu barədə ictimaiyyətə heç bir açıqlama təqdim olunmur. Müsbət çıxacağı təqdirdə isə müəyyən edilmiş tarixdə AMADA tərəfindən rəsmi məlumat verilir”.

Qeyd edək ki, AMADA-nın əməkdaşları gözlənilmədən "Qarabağ”ın məşq etdiyi Bakı Olimpiya Stadionuna gediblər. Daha sonra isə agentliyin nümayəndələri komandayla birgə "Qarabağ”ın Suraxanıdakı bazasına yollanıblar və 7 futbolçu - Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdan dopinq-test götürüblər.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X