"Hələ oyundan əvvəl demişdim ki, "Qarabağ” güclü komandadı. İndi də bunu təsdiqləyirəm ki, "Qarabağ”ın səviyyəsi çox yüksəkdi”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"a qalib gəldikləri (1:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Rəqib çalışdırıcı bu gün baxımlı oyun sərgiləmədiklərini etiraf edib: "Əlbəttə, oyun keyfiyyətləri üzərində işləmək lazımdı. Ancaq kreativ, fərdi ustalıqla seçilən oyunçularımız zədə səbəbindən oynamırdılar. Məsələn, "Sportinq”lə son 3 dəqiqəni qələbədən məğlubiyyətədək yaşadıq. Bəlkə də bu gün bunun əvəzi verildi. Etiraf edirəm, gözəl oynamırdıq. Biz intizamlı oynadıq. Məqsədimiz fərqlənmək idi, bunu bacardıq. "Qarabağ”ın da imkanları var idi. Ancaq biz gəzməyə gəlməmişdik və sevinirəm ki, burdan Vətənə 3 xalla qayıdırıq. Azərbaycan çempionuna isə uğurlar arzulayıram".
Saçko "Bugünkü qələbədən və "Arsenal"ın "Sportinq" üzərində qalibiyyətindən sonra qrupda 2-ci yeri tutma şanslarınız necədi" sualına belə cavab verib: "Qarşıdakı oyunlarda da xal toplamağa çalışacağıq. Biz də 3 cəbhədə mübarizə aparırıq. Belə turnirə çoxlu oyunçu və yaxşı ifaçılar lazımdı. Amma bizdə belə ehtiyat qüvvə azdı, əlimizdəkilərlə kifayətlənirik. Bununla belə, komandanın gücündən maksimum yararlanmağa çalışıram".
Fanat.Az