FIIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Sürix" (İsveçrə) - "Bayer" (Almaniya) oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, görüş İsveçrə klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Əliyar Ağayev bu matçda 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanın futbolçularını cəzalandırıb.
Qeyd edək ki, referinin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.
Fanat.Az