Ukraynanın "Vorskla" klubunun futbolçusu Vladislav Kulaç Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin oyun ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Futbol" telekanalına danışan yeganə qolun müəllifi Azərbaycan təmsilçisinin qapıçısı Vaqnerin kobud səhvə yol verməsi ilə nəticələnən zərbəsi qüvvətli olub:
"Bu görüşdə bizim üçün ən vacibi nəticə idi. Baş məşqçimiz demişdi ki, qapıya zərbələr endirim. Yaxşı haldır ki, qol alındı. "Qapıçının köməyi olmasaydı belə, top çərçivəyə istiqamətlənmişdi. Qapıçının səhvə yol verməsi yaxşı oldu. Sevinirik ki, hər şey bizim üçün belə alındı və qalib gəldik".
Qeyd edək ki, Vyaçeslav Kulaç "Vorskla"nın qələbə topunu 48-ci dəqiqədə vurub.
Fanat.Az