"Qarabağ"ın futbolçusu Yakub Jezniçak Avropa Liqasının qrup mərhələsinin III turunda evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı polşalı müdafiəçi "Vorskla"nı səfərdə yenəcək gücdə olduqlarını bildirib:
"Bizim üçün çox çətin oyun oldu. Rəqibi ciddi analiz etmişdik. Meydanda hamımız sona qədər ürəklə mübarizə apardıq. Statistikaya baxsaq, hər şey daha aydın olar. Rəqibin "çərçivə"mizə cəmi bir zərbəsi oldu, o da qolla nəticələndi. "Sportinq" və "Arsenal"a qarşı da yaxşı oynamışdıq. Bu komandalarla qarşılaşmalarda hücumda müəyyən boş ərazilər tapır, hərəkət imkanımız olurdu. "Vorskla"nı səfərdə yenəcək gücdəyik. Biz daha yaxşı oyun sərgiləyir, daha çox şans əldə edirik. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağıq".
Fanat.Az