"Oyunla bağlı danışmaq mənim üçün çətindi. İkinci hissədə çox zəif oynadıq, bəxtimiz gətirdi. "Zirə" fasilədən sonra gözlədiyimizdən də yaxşı, sürətli oynadıq. Mənə təsir edən odu ki, müdafiədə oturduq. Ancaq futbolçularımız buraxdıqları qoldan sonra xarakter göstrdilər və uzatma dəqiqələrində qələbə topunu vurduq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının IX turunda evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qələbəni komandanın zədəli futbolçusu Marko Deviçə hədiyyə etdiklərini bildirib: "Bu gün Markonun ad günüdü. Bu nəticə Deviçin ad günü üçün gözəl oldu. Markodan başqa qol vuracağımız futbolçularımız var. Bu gün Məqsədlə Cavid fərqləndi. Komandamızda psixoloji durum belədi ki, futbolçular 1 qol vurandan sonra rahat oynamırlar. Sanki qol buraxmaq təhlükəsi var".
Fanat.Az