17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Albaniya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı slovakiyalı Boris Marhefka idarə edəcək. Ona həmyerlisi Tomas Vorellə bosniyalı və herseqovinalı Sreten Udoviçiç yardım edəcək. Dördüncü hakim funksiyasını isə bosniyalı və herseqovinalı Admir Şehoviç yerinə yetirəcək.
Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. Millimiz ilk iki oyunda Norveçə 1:4, Çexiyaya 0:2 hesabı ilə yenilib.
Fanat.Az