"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 350-ci oyununa çıxıb.
Fanat.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, "Neftçi" ilə X turun səfər matçına təsadüf edib.
Bu görüşədək hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis "Neftçi"yə 1:3 hesablı uduzmaqla 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun rəhbərlik etdiyi komandalar Premyer Liqada 523 qol vurub və qapısında 244 qol görüb.
Qeyd edək ki, məşqçiliyə 2006/2007 mövsümündə başlayan Qurban Qurbanov karyerasında yalnız iki kluba rəhbərlik edib. Hazırda Azərbaycan milli komandasına da rəhbərlik edən mütəxəssis "Neftçi"ni 28, "Qarabağ”ı 322 çempionat matçına çıxarıb.
Fanat.Az