Ötən günlərdə helikopter qəzasında ölən İngiltərənin "Lester" klubunun sahibi, milyarder Viçay Srivaddhanaprabha ilə birlikdə həlak olan 4 nəfərin də adları müəyyənləşib.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən biri 2005-ci ildə Kainat gözəli yarışında 2-ci yeri tutan və Tayland gözəli seçilmiş Nursara Suknamai də olub. O, milyarderin katibəsi kimi çalışıb. Bu fakt ortaya çıxandan sonra BBC jurnalisti Den Roan evli milyarder və köhnə modelin gizli eşq yaşadığını iddia edib. İddia "Lester" azarkeşləri tərəfindən etirazla qarşılanıb.
Fanat.Az