"Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Almaniyanın "Herta” klubu ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Çempionlar yolunun II mərhələsinin ilk oyunu noyabrın 7-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17.00-da başlayacaq.
Cavab matçı Berlində "Vurfplats” stadionunda keçiriləcək. Noyabrın 28-də baş tutacaq "Herta” - "Qəbələ” görüşü Bakı vaxtı ilə saat 16.00-da start götürəcək.
Xatırladaq ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda Çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.
Fanat.Az