Çilinin "Antofaqasta" klubunda forma geyinən Eduardo Bello adlı futbolçu həyatının ən önəmli günü olaraq planlaşdırdığı matçda dəhşətli anlar yaşayıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı venesuellalı yarımmüdafiəçi "Everton"la ölkə 2 və 45+1-ci dəqiqələrdə 2 qol vurub. Düzdü, bu qollar onun komandası üçün yetərli olmayıb və 2:3 hesabı ilə uduzublar.
Amma Eduardo Bello qoldan sonra tribunaya qaçıb və sevgilisinə evlilik təklifi edib. Müsbət cavab alıb meydana dönən futbolçu bir qədər sonra ağır zədə alıb. Xəstəxanaya aparılan yarımmüdafiəçinin ayağında sınıq aşkarlanıb. Bu səbəbdən o, 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Eduardo Bello bu ildən "Antofaqasta"da çıxış edir. O, cari mövsümdə keçirdiyi 26 çempionat oyununda 13 qol vurub.
Fanat.Az