Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Ramil Şeydayevli "Krılya Sovetov” öz "Krasnodar”ı qəbul edib. Əsas vaxtı 1:1 hesablı bərabərliklə bitən duelin əlavə vaxtında daha bir qol vuran "Krasnodar” 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Ramilə gəlincə, adı oyunun iştirak ərizəsində olan millimizin forvardı sonadək ehtiyatda qalıb.