"Düşünürəm ki, yaxşı oyun göstərdik. Stadiona gələn azarkeşlər maraqlı oyun izlədilər. İlk dəqiqələrdə buraxdığımız qol, oyunun taleyini həll etdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin futbolçusu Vaqif Cavadov evdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Futbolçu bildirib ki, gələcəkdə yaxşı oyun göstərəcəklər: "Çatmayan tək şey qol idi. Hücumlar etdik, epizodlar yaratdıq, amma dirək və qapıçı amili qol vurmağımıza mane oldu. Məğlub olsaq da, fikrimcə, yaxşı oyun göstərdik. Belə davam etsək, gələcəkdə yaxşı nəticələr əldə edə bilərik".
Millimizin sabiq üzvü qeyd edib ki, yeni baş məşqçinin gəlişindən sonra dəyişikliklər olub: "Özünüz də görürsünüz ki, oyunda taktiki dəyişikliklər var. Topla daha çox oynayırıq. Belə oyun göstərməyimiz bizə gələcəkdə kömək olacaq".
Vaqif Cavadov "Çempionatda "Neftçi" və "Qarabağ"dan hansını favorit görürsünüz" sualına belə cavab verib: "Mən heç bir komandanı müqayisə etmək istəmirəm. Favorit "Keşlə"di. Burada gülməli bir şey yoxdu. Hələ heç nə bilinmir. Futbolda hər şey mümkündü. Əvvəlki illərdə "İnter" də göstərib ki, xal fərqi elə də ciddi amil deyil, onu aradan qaldırmaq olur".
Fanat.Az