"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar” sabah doğma meydanda Almaniya çempionu "Herta” ilə qarşılaşacaq. Berlin klubu ilə ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Görüşün 4-cü hakimi İnqilab Məmmədov, hakim-inspektoru isə AFFA Hakimlər Departamentinin rəhbəri Frits Ştuxlik olacaq.
Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Belində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.
Xatırladaq ki, "Qəbələ” I mərhələdə Moldova "Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr
17.00 Qəbələ (Azərbaycan) - Herta (Almaniya)
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan).
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro).
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan).
Qəbələ şəhər stadionu.
Fanat.Az