18:51 06.11.2018 1085

Qurban Qurbanov: "Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır"

Avropa Liqasının qrup mərhələsinin IV turunun "Vorskla” ilə Ukraynadakı oyununa yollanan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdən öncə jurnalistlərin suallarını cavablandırıb.

Brifinqdə 46 yaşlı mütəxəssis öncə komandanın durumu barədə danışıb.

- Komandanın ümumi vəziyyəti pis deyil. "Sumqayıt"la oyundan sonra futbolçulara iki gün tam istirahət verdik. Onların çoxdan buna ehtiyacları var idi. İki gün ərzində əsas üstünlüyü istirahətə verdik. Amma bu gün məşqimiz oldu. Çalışdıq ki, çox nüanslara toxunaq. Daha çox nələrə hazır olmalıyıq. Belə bir məşqimiz oldu. Amma ümidimiz böyükdür. Bu gün də şahidi oldum ki, futbolçular həddindən artıq istəklidirlər. Bakıda məğlub olduğumuz görüşdən sonra mətbuat konfransında qeyd eləmişdim ki, hamımız üzgünük. Amma xeyli vaxt keçdi. Bu gün hiss edirəm ki, oyunçular daha yaxşı hazırlıqlıdırlar. Ukraynaya ümidlə gedirik. Düşünürəm ki, futbolçular gözəl oyun və yaxşı nəticə üçün maksimum çalışacaqlar.

- Bakıda şanssız şəkildə məğlub oldunuz. Rəqib ancaq müdafiə olunurdu. Sizin fikrinizcə Ukraynada rəqib necə oynayacaq. "Vorskla" hücum futbolu sərgiləsə "Qarabağ" buna hazırdırmı?
- Rəqibin oyun prinsipi əks hücumlardan oynamaqdır. Bunu çox düzgün yerinə yetirirlər. Biz ilk növbədə buna hazırlıqlı olmalıyıq. Amma onların çempionatdakı ev oyunlarını da izləmişik. Oyunun əvvəllərində pressinq etməyi xoşlayırlar. Daha çox meydanın rəqibə aid olan hissəsində oynamaq istəyirlər. Bütün bunlara hazır olacağıq. Amma biz rəqibi müdafiədən oynamağa məcbur etsək, düşünürəm ki, həmin an oyunu müdafiədən quracaqlar. Bizə daha yaxşı nəticə lazımdır. Biz görüşdə daha çox hücum eləyən tərəf olmalıyıq. 

- Komandadakı itkilər barədə nə deyə bilərsiniz? 
- Komandanın heyətində ciddi problem yoxdur. Sadəcə Ansi Aqolli kollektivlə tam məşqlər etməyib. O, bu gün isinmə hərəkətlərində komanda ilə birgə idi. 

- İtirəcəyi bir şeyi olmayan komanda adətən daha təhlükəli olur. "Qarabağ"ın itirəcəyi nəsə varmı?
- Biz oyunlarda çox xal itirdik. Hələ qarşıda itiriləsi çox şey var. Amma biz buna hazır olmalıyıq. Ola bilər ki, rəqib daha da istəkli olsun. Çünki onlar qələbə qazanacağı təqdirdə 6 xalları olacaq. Ola bilər ki, "Sportinq"lə xalları bərabər olsun. Amma biz yenə də bu matçı düşünürük. Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır. Sadəcə biz daha da yaxşı oynayıb, yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq. 

- "Qarabağ" ikili oyunların ikincisində daha yaxşı nəticə göstərir. Buna görə səfərdəki matçda xal və xallar qazanmağa ümid etmək olarmı?
- Ukrayna futbolu fərqlidir. Bu komandalar müdafiə olunmaqdan yorulmurlar. Nəticəyə oynamağı bacarırlar. Bizim üçün asan olmayacaq. Mən özüm də dəfələrlə qeyd etmişəm ki, ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. Canlı görürük. Ola bilər ki, bu amil bizə kömək etsin. Amma nəzərə almalıyıq ki, səfərdə oynayırıq və burada azarkeş amili də var. Biz rəqibimizi səhvlərə məcbur etməliyik ki, bu səhvlərdən istifadə eləyək.(Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X