12:41 07.11.2018 913

"Qarabağ"la oyunda meydana qələbə üçün çıxacağıq"

Topaz Premyer Liqasının X turunun iki gün öncə keçirilən "Sabah”la oyunu (2:1) "Qəbələ”də əlamətdar hadisə ilə yadda qalıb. Qəbələ şəhər stadionundakı görüşə kapitan sarğısı ilə çıxan Ürfan Abbasov "qırmızı-qara” formada 200-cü dəfə meydana çıxıb. 

Fanat.Az xəbər verir ki, bu göstəricidə rekordçu olan müdafiəçi yubileyi barədə fikirlərini gabalafc.az saytına açıqlayıb: 

"Qəbələ” mənim doğma klubumdur. Burada 200-cü oyunumu keçirməyim sevindiricidir. Belə qarşılaşmada qələbə qazanmağımız da yubileyə əlavə sevinc qatdı. Bu müddətdə xeyli yaddaqalan oyunlarımız olub. UEFA Avropa Liqasında keçirdiyim matçlar hafizəmdə xüsusi yer tutur. Daxili yarışlarda da belə qarşılaşmalar az olmayıb. 2012-ci ildə "Xəzər Lənkəran”la oyundakı debütüm də mənim üçün unudulmazdı. İkinci hissənin ortalarında meydana daxil olmuşdum. Bundan sonra da komandamın uğurları üçün çalışacağam. "Qəbələ”nin heyətində ən azı daha 200 oyun keçirmək arzusundayam”.

"Qırmızı-qaralar”ın vitse-kapitanı komandanın mövsümdəki çıxışına da toxunub: "Mövsümə qələbə ilə başladıq. Lakin sonradan uğursuzluq zolağına düşdük. Bizə bir qələbə lazım idi ki, buna son qoyaq. Artıq həmin dövrü arxada qoymuşuq. Qələbələr qazanmışıq. İnanıram ki, bunun ardı da gələcək. Ön sıralarda qərarlaşan komandalarla xal fərqimiz çox böyük deyil. Uğurlu çıxış edib, layiq olduğumuz mövqeyə yüksələcəyik”.

Növbəti turda "Qəbələ” son 5 mövsümün çempionu "Qarabağ”la qarşılaşacaq. Abbasov bu matçda da qələbəyə iddialı olduqlarını bildirib: "Qarabağ”la oyunlarımız həmişə maraqlı və çətin alınıb. Bu dəfəki görüş də istisna olmayacaq. Artıq matçın hazırlığına start vermişik. Bütün qarşılaşmalar kimi bu oyuna da ciddi hazırlaşırıq. Doğma divarlar arasında oynamağımız bizim üçün əlavə stimuldur. Meydana qələbə üçün çıxacağıq. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək. Cari mövsüm öz meydanımızda məğlub olmamışıq. Bu seriyanın davamı üçün əlimizdən gələni edəcəyik”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X