20:42 07.11.2018 1001

"Qəbələ"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç bir şey yoxdu"

"Almaniya çempionuna qarşı oynayırdıq. Matçı analiz etmişdik. Bilirdik ki, komanda üstün futbol oynayır və daha çox rəqib meydanında pressinq edir. İlk hissəni yaxşı oynadıq. Rəqibə imkan vermədik. İkinci hissədə öz səhvlərimizdən üç top buraxdıq. Komanda əlindən gələni etdi. Cavab qarşılaşmasına daha yaxşı hazırlaşacağıq və rəqibi daha da yaxşı analiz edəcəyik. İnanıram ki, rəqib meydanında da yaxşı oynayacağıq. Futbolda mümkünsüz heç bir şey yoxdur. Bizim üçün ağır olacağını bilirik. Amma çalışacağıq ki, səfərdə yaxşı nəticə əldə edək".

Bu sözləri Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda evdə Almaniya "Herta"sına 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransda deyib. 

38 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Penaltini vurmağı Samir Qurbanova siz tapşırmışdınız?
- Oyundan öncə bildirilir ki, kimlər vuracaq. Ulduz futbolçular da penaltini vura bilmir. Penaltini vursaydı, oyunun axarı dəyişərdi. Bəzən futbolda belə hallar olur.

- Samir Qurbanovun və Vüsal Məsimovun bəzi həlledici məqamlarda qol imkanları oldu. Amma istifadə edə bilmədilər. Oyunçular həyacanlı idilər?
- Samirin də, Vüsalın da müəyyən səviyyəsi var. Bu texniki səhvlərdir. Hər futbolçu bunu edə bilir. Həmin epizodlarda meydan da bir az sürüşkən idi.

- Əli Sadıqov bu qarşılaşmada daha aktiv görünürdü. Penaltini ona etibar etmək olmazdımı?
- Oyundan öncə iki futbolçunun vuracağı deyilmişdi. Biri Samir, digəri isə Əli idi. Yəqin ki, Samir özünə inamlı idi. Ona görə topa yaxınlaşıb penaltini vurmaq istədi. Biz futbolçulara dəstək olmalıyıq ki, növbəti oyunlarda özünə bir az da inansın.

- Doğma meydanda 1:3 hesabı ilə məğlub oldunuz. Demək olar ki, mərhələ üçün ümid yoxdur. Cavab oyununda komandanın məqsədi necə olacaq?
- Çalışacağıq ki, səfərdə daha yaxşı oynayaq. Vurğulamaq istəyirəm ki, biz Almaniya çempionuna qarşı oynayırıq. Onların çempionatları ilə bizim çempionatı və rəqibləri ilə bizim rəqiblərimizi müqayisə etsəniz, fərqi özünüz də görərsiniz. Biz Almaniyaya əlimizi-qolumuzu yanımıza salıb gəzməyə getməyəcəyik. Burada göstərdiyimiz mübarizənin daha da artığını orada göstərməyə çalışacağıq. ("Report")

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

20 phrase_var_core.june 2025
01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 phrase_var_core.june 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

phrase_var_core.fb
X