Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Yuventus" "Mançester Yunayted"i qəbul edib.
Fanat.Az xəbər verir ki, oyunda hesabı meydan sahiblərindən Kriştiano Ronaldo açıb. O, 65-ci dəqiqədə sabiq komandasını məyus edib.
Lakin "Yuventus" hesabı qoruya bilməyib. "Mançester Yunayted" 5 dəqiqədə vurulan 2 qolla qələbəni bayram edib. 86-cı dəqiqədə Xuan Mata bərabərliyi təmin edib. 90-cı dəqiqədə isə Leonardo Bonuççinin avtoqolu oyunda son nöqtə olub.
Fanat.Az