Braziliyanın ikinci liqasında çıxış edən "Sao Bento"da icarə əsasında forma geyən "Sao Paulo"nun futbolçusu Daniel Korrea Freytasın işkəncə ilə öldürülməsinin səbəbləri ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, başı və cinsiyyət orqanı kəsilərək öldürülən Freytasın aldatma cinayətinə qurban getdiyi məlum olub.
Belə ki, futbolçu dostu onu öldürən Brittes Edson Juniorun 18 yaşlı qızının doğum günü partisinə qatıldığı, daha sonra da Juniorun həyat yoldaşı ilə yatdığı fotoqrafları paylaşaraq, "Doğum günü qızının anası ilə yatıram, atası da evdə" sözləri yazılan mesaj göndərib.
Juniorun huşunu itirmiş halda olan həyat yoldaşı ilə yatan futbolçunu görəndə isə qəzəbləndiyi və bu qorxunc cinayəti işlədiyi ortaya çıxıb.
Fanat.Az