Bosniya və Herseqovinanın U-21 millisinin azərbaycanlı həmyaşıdlarına qarşı keçirəcəyi yoxlama oyunu üçün heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Vinko Marinoviç aşağıda adları qeyd olunan futbolçular dəvət göndərib:
Suan Beşiç ("Anje", Fransa), Vladan Kovaçeviç, Xalid Şabanoviç, Vedran Vrxovaç, Nihad Mujakiç, Selmir Pidro (hamısı "Saraevo"), Yusuf Qazibeqoviç ("Liferinq", Avstriya), Besim Şerbeçiç ("Rusenborq", Norveç), Amar Beqanoviç ("Sloboda"), Yasmin Çelikoviç ("İnter", Xorvatiya), Milan Saviç ("Mexelen", Belçika), Marian Çavar ("Osiek", Xorvatiya), Zinedin Mustedanaqiç ("Rujomberok", Slovakiya), Amar Çatiç (PSV, Hollandiya), Vladan Daniloviç ("Boraç"), Anelya Şabanacoviç, Haris Haydareviç (hər ikisi "Jelezniçar"), Petar Boyo ("Mladost"), Nermin Xaydareviç (QOŞK), Marko Brkiç ("Zvezda-09"), Stipe Yuriç ("Şiroki Brieq"), Narlin Mulaxuseynoviç ("Maribor", Sloveniya), Yovo Lukiç ( "Krupa").
Qeyd edək ki, Bosniya və Herseqovina - Azərbaycan oyunu noyabrın 19-u keçiriləcək.
Fanat.Az