"Futbolçuları təbrik edirəm. 90 dəqiqə mübarizədən çəkinmədilər, meydanın hər yerində xarakter göstərdilər, bizim üçün çox vacib qələbə qazandılar”.
Fanat.Az xəbər verir ki, "Vorskla” - "Qarabağ” oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunda "Vorskla”nı səfərdə 1:0 hesabıyla üstələyən "köhlən atlar” bu mövsüm bu turnirdə ilk qolunu vurub, ilk xalını və qələbəsini qazanıb. Qurbanov qələbəni belə dəyərləndirib: "Oyundan da razıyam. Futbolçularımızın hər birinə minnətdaram. "Vorskla”ya uğurlar arzulayıram”.
- Texniki zonada həyəcanlı görünürdüz. İlk yarıda hakimdən nəsə
soruşurduz...
- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim
ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.
- Bu hesab Bakıdakı
nəticənin oyuna görə olmadığını göstərdi?
- Bu gün komanda matça Bakıdakından yaxşı köklənmişdi. Qələbə qazanacağımıza inanırdım. Evdə də qalib gəlməliydik. Bu gün bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq,
alınmadı.
- Bu qələbədən sonra qrupdan
çıxmaq şanslarınızı necə dəyərləndirirsiz?
- "Sportinq” səfərdə "Arsenal”la heç-heçə edib.
Həm bizim, həm də "Vorskla”nın işi çətinləşdi. Yenə də ümidimizi itirmirik. Biz sona
qədər mübarizə aparacağıq.
- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişikilik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?
- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.
- Üçüncü əvəzləməyə ehtiyac duymadız...
- Ehtiyac görmədim. Əvvəl müdafiəçi buraxmağı
düşünürdüm, amma oyun göstərdi ki, komanda meydanda əziyyət çəkmir.
- Halldorssonun oyunundan
razı qaldınızmı?
- Bizə kömək edirsə, razı qalmalıyam. Digər
futbolçulardan da razıyam.
Fanat.Az