"Qarabağ”ın futbolçuları sürətli və texnikalı komandadı. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik”.
Fanat.Az xəbər verir ki, bunu "Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda öz meydanında "Qarabağ”a 0:1 hesabıyla yenilən poltavalıların çalışdırıcısı qısa şərhin ardından suallara cavab verib: "Birinci yarıda qapımız qarşısında rəqib yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Uşaqlar bacardıqlarını etdilər. Amma biri var çalışmaq, biri var reallaşdırmaq”.
- Əvəzləmələrlə nə etməyə çalışdız?
- Daha aqressiv oynamalı idik. Sürətdə
uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. "Qarabağ” ilk
hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu
üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq,
kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı
olursa, o da meydana çıxır.
- Sizcə,yenilgiyə layiqiydiz?
- "Qarabağ” ilk hissədə yaxşı oynadı, oyuna nəzarət etdi. İmkanlar yaratsaq da, istifadə edə
bilmədik. "Qarabağ” çox güclü komandadı, əlinə düşən şansdan yararlandı. Matçı heç-heçə bitsəydi, daha ədalətli olardı.
- Yayda komandaya əcnəbi futbolçular cəlb etmişdiz. Onların performansından məmnunsuz?
- Təəssüf ki, həmin futbolçular çempionat ərəfəsində gəldilər. Hazırlıqda
iştirak etmədilər. Heyətdə təcrübəli futbolçularımız çoxdu. Gənc oyunçularımız
isə istedadlıdı. Onlar bizimlə məşq etməlidilər. Bizdə heyəti baş məşqçi
müəyyənləşdirir. Heç kimə güzəşt edilmir. Sadəcə, təlim-məşq toplanışı çox
önəmlidi. Oyunçu öz üzərində çalışmalıdı, ona verilən şansdan lazımınca
yararlanmalıdı. Gənclər komandada rəqabəti artırıb. Bu gün uduzduq, əhvalımız
çox pisdi. Amma unutmayaq ki, çox güclü komandaya uduzduq.
- Qapıya zərbələrinizin sayı çox az idi. Niyə?
- Rəqibdən çox şey asılıdı. Rəqiblərə
qarşı hazırlaşmaq lazımdı. Nəzərə alaq ki, meydança sürüşkən, hava soyuq idi.
İkinci hissədə "Qarabağ” müdafiəyə oturdu və bizə hücum imkanı vermədi.
"Qarabağ” çox güclü komandadı, belə oyunlara hazırlıqlıdı. Əminəm ki, onlar
növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq. Qələbə qazanmaq istəyirdik.
Amma ustalıq səviyyəsi bu gün istədiyimiz kimi olmadı. Uşaqlar çox çalışsalar da, alınmadı. Bəzi anlarda ustalıqda uduzduq, təcrübə çatmadı. Səhvlərimizi görürük və
bunları düzəltmək lazımdı. Qol üçün çox zərbə vurmaq lazımdı.
Fanat.Az