"Oyunun belə keçəcəyini gözləmirdik. Planlaşdırdıqlarımızdan bəziləri alındı. Lakin bu, "Sabah"ın zəif olduğu anlamına gəlməməlidir".
Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra deyib.
Bu qələbə sayəsində 2-ci pilləyə yüksələn "Səbail"in baş məşqçisi qarşılarına hansısa yeri tutmaqla bağlı hədəf qoymadıqlarını bildirib: "Sabah hələ "Qarabağ"ın oyunu var. Həm də qarşımıza hansısa yeri tutmaq məqsədi qoymamışıq. Sadəcə, bütün oyunları təhlil edirik. Digər tərəfdən, itkilərimiz də var. Bu oyuna 14-15 futbolçu ilə hazırlaşmışıq. Yaxşı hisslərdi. Belə hissləri Premyer Liqada yox, əvəzedicilərlə yaşamışıq. Hələ daha çətin nəticələrimiz irəlidədi. İlk gündən məqsədimiz kollektivdə mehribanlıq yaratmaqdı. Amma hər yerdə olduğu kimi bizdə də neqativ hallar baş verə bilər. Bunun qarşısını almağa çalışırıq".
"Avroliqaya vəsiqə məqsədimiz yoxdu. Amma hər oyuna maksimum köklənməyə və bacardığımız qədər xal toplamağa çalışırıq. Futbolçuların ambisiyaları yerindədi. Avroliqaya vəsiqə məqsədimiz yoxdu. Amma hər oyuna maksimum köklənməyə və bacardığımız qədər xal toplamağa çalışırıq. Futbolçuların ambisiyaları yerindədi", deyə Hacıyev bildirib.
Fanat.Az