Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” də növbəti görüşdə gücünü sınayıb. "Hamburq”u qəbul edən Aue təmsilçisi 1:3 hesabıyla uduzub. Start "11-lik”də yer alan Nazarov sonadək tər töküb.
Geridə qalan turlarda 14 xal yığan "Ersgebirge” turnir cədvəlində 18 iştirakçı arasında 13-cüdü.
Fanat.Az