Tbilisidə təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Gürcüstanın uyğun yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyununa çıxıb.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, "Tbilisi Olimpik Palace”də keçirilən görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə bitib.
Oyunda hesabı Kənan Əsədli açıb. Bu, fasiləyə qədər vurulan yeganə qol olub. Daha sonra millimiz fərqi 2 top çatdırıb ki, bu dəfə kapitan adını tabloya yazdırıb. Nisbətən arxayınlıq rəqibin qol vurmasına şərait yaradıb. Bununla belə, Ağatahir Əzimovun yetirmələri yenidən rəqib qapısına yol tapıb və fərqi 2 topa çatdırıb. Bundan sonra oyunu əsasən 5 meydan oyunçusu ilə keçirən və son dəqiqədə qol vuran gürcülər fərqi minimuma endirib. Beləliklə, ilk beynəlxalq oyununu keçirən U-19 qələbə qazanıb. Tərəflər arasında növbəti duel sabah 13:00-da baş tutacaq.
Beynəlxalq yoldaşlıq oyunu
Gürcüstan U-19 – Azərbaycan U-19 - 2:3 (0:1)
Qollar: G. Zunturov, 30:16, G. Çadunili, 39:00 // K. Əsədli, 14:00, C. Nuriyev, 26:29, İ. Pənahov, 32:32
Sarı vərəqə: V. Reznov, 11
10 noyabr.Tbilisi. Olimpik Palace. Saat 19:00. Hakimlər:Arsen Nonikaşvili, Şota Kukilava, Zviad Bliadze (hamısıGürcüstan)
Gürcüstan U-19: 1. Tornik Bvalişvili (q, k), 3. Data Mageladze, 10. Geva Kosnadze, 11. Giorgi Zunturov, 17. Nika Nadareişvili, 12. Vasil Tskitişvili (q), 4. Beka Bekauri, 16. Roman Kuklianidze, 7. Giorge Glartadze, 77. Nika Klaratişvili, 9. Bakly Claduneli, 6. Saba Egristşvili, 8. Giorti Çadunili, 20. Levan Svanidze, 18. İrakli Qabiskiria, 23. Tornike Kenia (q)
Baş məşqçi: Avtandil Asatiani
Azərbaycan U-19: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 6. Rauf Rüstəmov, 9. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 11. Sabir Həsənov, 13. Fuad Məmmədzadə, 14. Ceyhun Nuriyev, 15. Nicat Quluzadə
Məşqçi: Ağatahir Əzimov