Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” Kiyevdə "Arsenal”ın qonağı olub. Qonaqlar çempionatın autsayderinə 3 cavabsız top vurub.
Paşayev matça ehtiyat oyunçular skamyasından baxıb.
Qələbə xal hesabını 30-a çatdıran "Aleksandriya”nı ikinci pilləyə yüksəldib. Kiyev "Dinamo”sunu turnir cədvəlində qabaqlayan Pavelin komandası ən azı bir gün bu mövqedə qalacaq.
Fanat.Az