İspaniya Sequndasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, son vaxtlar Azərbaycan millisinə çağırılmayan Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon” səfərdə "Luqo” ilə üz-üzə gəlib. 1:0 hesablı qələbə qazanan qonaqlar evə zəfərlə dönüb.
Eddiyə gəlincə, onun adı oyunun iştirak ərizəsinə salınmayıb.
Bu qələbə ilə xal hesabını 27-yə çatdıran "Alkorkon” turnir cədvəlinin zirvəsinə yüksəlib.
Fanat.Az