Türkiyə PTT I liqasında XII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, son vaxtlar yığmamıza çağırılmayan Dəniz Yılmazın uğurları üçün çalışdığı "Gənclərbirliyi” də növbəti matçına çıxıb. Görüşün favoriti sayılan ankaralılar rəqib meydanında "Balıkesirspor”a 1:3 hesabıyla yenilib.
Dəniz 77-ci dəqiqədə qonaqların yeganə qolunu vuran Mərt Nobrenin əvəzinə meydana çıxmaq şansı qazanıb.
Qeyd edək ki, ikinci pillədəki "Boluspor” da bu tur uduzduğundan, "Gənclərbirliyi” 5 xallıq fərqi qoruyaraq zirvədə qalıb.
Fanat.Az