Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Rusiya U-21-nin üzvü, Azərbacan millisinə dəvət olunması gözlənilən Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov” da növbəti görüşdə sözünü deməyə çalışıb.
Rostov təmsilçisi "Dinamo”nu qəbul edib. Qol vəziyyətləri sarıdan kasad olan, baxımlı alınmayan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Ayaz start "11-lik”də meydana çıxıb və sonadək oynayıb. Azərbaycanlı yarımmüdafiəçi final fitinə yaxın iti bucaq altında boş qapıya "düşə bilməyib”.
Bu bərabərlikdən sonra "Rostov” 23 xalla 3-cüdü.
Fanat.Az