Ramil Şeydayevin komandası Rusiya Premyer Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, millimizin forvardının formasını geyindiyi "Krılya Sovetov” 14-cü tur çərçivəsində "Axmat”ı qəbul edib. Meydan sahibləri qapı istiqamətinə rəqibdən 2 dəfə çox zərbə endirsə də, son nəticədə Qroznı təmsilçisinə 1:2 hesabıyla uduzub.
Ramil döyüşə 65-ci dəqiqədə - "Krılya Sovetov" ikinci topu buraxandan dərhal sonra atılıb. Lakin Alan Çoçiyevi əvəzləyən forvard matçın taleyini dəyişə bilməyib.
Hazırda 14 xalı olan samaralılar turnir cədvəlində 18 iştirakçı arasında 13-cü pillədə mövqe tutub.
Fanat.Az