Almaniya Gənclər Bundesliqasının cənub zonasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Murad Mahmudovun formasını geyindiyi "Frankfurt” bu tur "Auqsburq”un qonağı olub və mövsümdə ilk qələbəsini qazanıb - 1:0.
Murad bu görüşün iştirakçısı olmayıb. Çünki hazırda o, U-19 yığmamızın heyətində AÇ-nin seçmə mərhələ oyunlarına hazırlaşır.
Daha öncə keçirdiyi bütün çempionat oyunlarında uduzan Frankfurt komandası ilk zəfərindən sonra da 3 xalla 14 kollektiv arasında sonuncu pillədədi.
Fanat.Az