Almaniya Reginal Liqasının qərb zonasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi "Ştralen” də növbəti matçına çıxıb.
Eratın komandası "Vattenşayd 09”u qəbul edib və 1:1 hesablı bərabərliyə razılaşıb. Tuğrul start "11-lik”də meydana çıxıb və 73-cü dəqiqədə yerini komanda yoldaşına verib.
22 xalı olan "Ştralen” turnir cədvəlində 18 iştirakçı arasında 11-cidi.
Fanat.Az