Qazaxıstan Premyer Liqasında sonuncu - 33-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın komandası – "Astana” "İrtış”ı qəbul edib.
Meydan sahibləri yerli fanatları 4:0 hesablı darmadağınla sevindirib. Almeyda matçın 80-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Astana” çempionluğu öncədən təmin edib.
Fanat.Az