Portuqaliya çempionatında X tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Avropa Liqasında "Qarabağ”ın rəqiblərindən olan "Sportinq” də oyun keçirib.
Lissabonlular "Şaviş”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Paytaxt komandasının qollarını Bas Dost vurub. Niderlandlı forvard 23 və 86-cı dəqiqələrdə fərqlənib.
10 tura 22 xal toplayan "Sportinq” turnir cədvəlində 2-cidi.
Fanat.Az